Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında şahmat turniri keçirilib

                 Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir. Dövlət Miqrasiya Xidməti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına əsasən keçirilən turnirdə 15 nəfər iştirak etmişdir. 
Tədbirin rəsmi bağlanış mərasimində Dövlət Miqrasiya Xidməti rəisinin müavini, 3-cü dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Elman Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, DMX Həmkarlar Təşkilatının sədri Qaratel Hacıyeva qalibləri və iştirakçıları təbrik etmiş, onlara gələcək yarışlarda və xidməti işlərində uğurlar arzulamışlar.
Dairəvi sistem üzrə keçirilən yarışların qalibi miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov olub. Şəki regional miqrasiya idarəsinin baş mütəxəssisi Vüsal Babayev ikinci, miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Füzuli Cəbrayıllı isə üçüncü yerə layiq görülüb.

                           DMX-nin rəis müavini Elman Əliyev və Baş İdarənin rəisi Raqif Abbasov qalib və mükafatçıları təltif ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir