Xatirə turnirinə yekun vurulub

                     Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışmış, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun 89-cu ildönümü ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi,  AFFA və   Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə keçirilən xatirə turnirinə yekun vurulub. Nəticələrə əsasən III yer uğrunda görüşdə Səbail 2:1 hesabı ilə Zirə komandasını məğlub edərək turnirin bürünc medallarına sahib çıxmışlar. Gərgin idman mübarizəsində keçən final görüşün  əsas və əlavə  vaxtlar heç-heçə bitdiyi üçün qalibi müəyyənləşdirən 11 metrlik zərbələr yerinə yetirilmişdir. Keşlə komandası 5:4 hesabı ilə Sabah komandasını məğlub edərək turnirin qalibi olmuşdur.

                      Turnirin qalib və mükafatçılarına Bakı şəhər Gənclər və İdman Baş İdarəsi,  AFFA və  Futbol Veteranları İttifaqı tərəfindən kubok, müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir