Stolüstü tennis üzrə Bakı şəhər turniri keçirilmişdir.

            Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şüa İdman Mərkəzin də  stolüstü tennis üzrə Bakı şəhər turniri keçirilmişdir.  Turnirdə Təhsil RİM, Neftçi İKİB, 13 saylı RİOEUGTİM, 11 saylı UGİM, 1 saylı RİOEUGTİM, Xəzri İK və Lokomotiv İC-ni təmsil edən 85 nəfər idmançı mübarizə aparmışdır.

                Yekun nəticələrə görə oğlanlar arasında şəxsi hesabda I yerə X. Becanov, qoşa yarışlarda I yerə R. Hacılı – X. Becanov,  qarışıq qoşa yarışlarda  I yerə X. Becanov – S. Quluzadə, qızlar arasında şəxsi hesabda I yerə Z. Adilova, qoşa yarışlarda I yerə Z. Adilova – N.Yarova layiq görülmüşlər.

             Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir