N saylı hərbi hissədə “28 may – Respublika Günü” nə həsr edilmiş tədbir keçirilmişdir

                 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə “28 may – Respublika  Günü” ilə əlaqədar tədbir keçirilmişdir.  Tədbirdə çıxış edən hərbi hissənin komandiri və Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov əsgərlərə cansağlığı arzuladılar və onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etdilər. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışdılar.

                   Sonra hərbi xidmətində fərqlənmiş bir qrup əsgər və zabit fəxri fərmanlarla təltif olundular.

                   Çıxışlar başa çatdıqdan sonra  incəsənət nümayəndələri rəngarəng bayram proqramını nümayiş etdirdilər.

61590868_1557100321092842_6415560012025823232_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir