Atletika üzrə Bakı şəhər birinciliyi başa çatıb

                  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AzDBTİA-nın stadionunda   2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil -1, Təhsil -5,  Məhsul İC, Ümid İK, Rekord İK-nı təmsil edən 112 nəfər idmançı mübarizə aparmışdır.

              Yekun nəticələrə əsasən qızlar arasında yadro itələmə növündə I yerə Günel Hüseynova (Təhsil-1),  üçtəkanla tullanmada  I yerə Sabrina Zralova (Təhsil-5), 100 m məsafədə qaçış Lamiyə Vəliyeva (Təhsil-5), 2oo m məsafədə I yerə Lamiyə Vəliyeva (Təhsil-5), 400 m məsafədə qaçış Nika Məmmədova (Təhsil-5), 8oo m məsafədə I yerə Günel Manafova (Təhsil-1),  1500 m m\safədə I yerə Fərqanə Sadıqova (Məhsul İC), uzunluğa tullanmada I yerə Sabrina Zralova (Təhsil-5), lövhə atma üzrə Günel Hüseynova (Təhsil-1), nizə atma üzrə Könül Əliyeva (Neftçi İKİB), oğlanlar arasında isə uzunluğa tullanmada I yerə Kəskin Abbaszadə (Təhsil-5), 100 m məsafədə I yerə Əli Abdıyev (Təhsil-5), 200 m məsafədə I yerə Teymur Salahzadə (Təhsil-5), 400 m məsafədə I yerə Teymur Salahzadə (Təhsil-5), 800 m məsafədə I yerə Vahid Kərimov (Təhsil-5), 1500 m məsafədə I yerə Emil Hacıyev (Təhsil-5), yadro itələmə  növü üzrə I yerə Yusif Nəzərov (Təhsil-5), üçtəkanla tullanmada I yerə  Çingiz İsrafilov (Təhsil-5),  lövhə atmada  I yerə Yusif Nəzərov (Təhsil-5)  layiq görülmüşlər.

                      I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir