“Azərbaycan Səninlədir, Sənsiz deyil ” adlı IX yaradıcılıq festivalı

               Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında  “Azərbaycan Səninlədir-Sənsiz deyil”  IX yaradıcılıq festivalı keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev,  Millət vəkilləri, Kamaləddin Qafarov,  Madər Musayev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BRİH başçısının müavinləri,  BRİH  başçısı  Aparatının   əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və digər qonaqlar iştirak ediblər.

            Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra Dövlət Himni səsləndirildi və festival “Azərbaycan” mahnısı ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirin bədii hissəsindən  sonra çıxış edən Elmin İmanov, Raqif Abbasov, Elxan Allahverdiyev Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildirdilər. Natiqlər bildirdilər ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında  dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında  ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Bir sözlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir