Kapoeyra üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

              Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kapoeyra üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Yarışda ümumilikdə 119 nəfər idmançı iştirak etmişdir. Yekun nəticələrə görə  oğlanlar arasında I yaş qrupu (8-9 yaş) I yerə Rauf Süleymanov, II yerə Mircavad Əliyev, III yerə Məhəmməd Kəngərli, Cəmil Məmmədzadə, II yaş qrupu (10-12)  I yerə Aydın Əhmədov, II yerə Dilqəm İsmayıllı, III yerə Zülfü Rzayev, Turan Eldarov, III yaş qrupu (13-15) I yerə Səid Tahirov, II yerə Azər Orucov, III yerə Nəriman Süleymanlı, Ruslan Allahverdiyev, IV yaş qrupu (16-17) I yerə Mürhüseyn Əliyev, II yerə İbrahim Muxtarlı, III yerə Muraz Hüseynov, Rövşən Əmirəli, I yaş qrupu (8-9) I yerə Səid Şahyarov Ağayev, II yerə Əmirəli Bədəlzadə, III yerə Rəsul Şərifzadə, Qurban Qurbanlı, II yaş qrupu (10-12) I yerə Fərid Qəfərli, II yerə Yusif Qədirli, III yerə Yusif Cəfərli, Hüseyn Hüseynzadə, III yaş qrupu (13-15) I yerə Məhəmməd Abbaslı, II yerə Elvin Hüseynov, III yerə İlkin Əhmədov, Elmar Misirzadə, IV yaş qrupu (16-17) I yerə Səftər Süleymanov, II yerə Fərid Qafarov, III yerə Abdulla Abdullazadə, Çingiz Zeynalov, qızlar arasında isə I yaş qrupu (8-9)  I yerə Nuray Abdullazadə, II yerə Aydan Xuruci, III yerə Aişə Kazaçenko, Sofiya Aşurbəyova,   II yaş qrupu (10-12) I yerə Gülçöhrə Abbasova, II yerə Mehriban Hacıbabyeva, III yerə Aylin Əlizadə, Leyla Rəhimli,  III yaş qrupu (13-15 ) I yerə Zeynəb İslamova, II yerə Xədicə Zeynallı, III yerə Emiliya Bayramova, Fərəh Musayeva, III yaş qrupu (16+yaş) I yerə Ləman Əliyeva, II yerə Nəzrin Şərifzadə, III yerə Mətanət İsayeva, Sevinc Qurbanzadə layiq görülmüşlər.

                   I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir