26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş mini-futbol üzrə turnir

         Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin futbol meydançasında 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş  mini-futbol üzrə turnir keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanlari Federasiyasi tərəfindən uşaqlar arasında keçirilən yarışda 3-4-cü yerlər uğrunda Səbail və Yasamal rayon komandaları, final oyununda isə Nərimanov və Xətai rayonlarının komandaları görüşmüşlər. Hər iki görüş çox gərgin oyun şəraitində keçirilmiş, Səbail rayon komandası  qalib gələrək turnirdə III yeri tutmuş, Xətai rayon komandası II yeri, Nərimanov rayon komandası isə turnirin qalibi olmuşdur.

Qalib komandalara Baş İdarə tərəfindən müvafq dərəcəli diplom, medallar və kubok təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir