Uşaqlar üçün Qusar rayonuna ekskursiya təşkil olunmuşdur.

                     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Qusar  rayonuna ekskursiya təşkil olunmuşdur.

             Yol boyu müxtəlif mahnıların səsləndirilməsi ilə rəqslər və ifalar oldu. Qusar rayonuna çatan səyahətçilər nahar edib təbiəti seyr etməyə çıxdılar. Ərazini gəzdikdən sonra uşaqlar müxtəlif intelektual və əyləncəli oyunlarda iştirak edərək Bakı şəhərinə xoş təəssüratlarla qayıtdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir