Futbol üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.

      Bakı şəhər stadionlarında keşirilən futbol üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.  Yarışda 14 komanda və 410 nəfər futbolçu iştirak etmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Xəzri və Turan Bakı-2 komandaları arasında keçirilən gərgin oyundan 1:0 hesabı ilə Xəzri komandası, III-IV yerlər uğrunda mübarizə aparan Zenit və İnam-2komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Zenit komandası qalib gəlmişdir. Beləliklə yarışda I yerə Xəzri komandası, II yerə Turan Bakı-2 komandası, III yerə isə Zenit komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlarla təltif edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir