II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları bu gecə Vətənə qayıdıblar.

         Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və İdman Federasiyalarının təşkilatçılığı ilə II Avropa Oyunlarında iştirak etmiş idmançılarımızın təntənəli qaşılanma mərasimi keçirilmişdir. Heydər Əliyev adına  Beynəlxalq Hava Limanında milli musiqi sədaları və rəqs müşayəti ilə qarşılayanlar sırasında çoxsaylı azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları da iştirak etmişlər.

        Qeyd edək ki, ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.

       Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal sayına görə birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibi Belarus (24-16-29), üçüncü pillədə isə 51medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir