Qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən Azərbaycan Texniki Universitetinin  idman zalında qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

           Yarışda şpaqa növü üzrə qadınlar arasında I yerə Elmira Xudaverdiyeva, II yerə Nazilə Rəhimova, III yerə Azərin İdriszadə, Aysu Nuriyeva,  sablya növü üzrə I yerə Aysel Əhədova, II yerə Sara Aydəmirova, III yerə Xədicə Şamilova, Zərifə Hüseynova layiq görülmüşlər.
Çempionatda kişilər arasında şpaqa növü üzrə I yerə Ruslan Həsənov, II yerə  Xalid Əliyev, III yerə Kənan Əliyev, Fərrux Səfərov, sablya növü üzrə I yerə Cavanşir Ağakişiyev, II yerə  Murad Əkbərov, III yerə Maqsud Hüseynli, Elvin Rzazadə  layiq görülmüşlər.

         Yarışda  I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir