Ulmas Raşidov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qonağı olub

           Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Buxara vilayətinin  Bədən Tərbiyəsi və İdman İdarəsinin  rəisi Ulmas Raşidovla Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.

          Baş İdarənin rəisi Raqif Abbasov qonağı salamlayaraq ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın olduğunu bildirmişdir. Sonra Raqif Abbasov Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər barədə danışmış və bu sahədəki bütün uğurların əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsi olduğunu vurğulamışdır.

              Özbəkistan Respublikasının Buxara vilayətinin  Bədən Tərbiyəsi və İdman İdarəsinin  rəisi Ulmas Raşidov öz növbəsində qonaqpərvərliyə və xoş qarşılanmaya görə Raqif Abbasova təşəkkürünü bildirmiş, Bakı şəhəri və Buxara vilayəti arasında olan  dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da mohkəmlənəcəyini qeyd etmişdir.  Raşid Ulmasov həmçinin Bakı şəhərindəki  idman qurguları və idman məktəbləri ilə yaxından tanış oldugunu və  ölkəmizdə gördüklərindən məmnunluğunu bildirmişdir.

                Görüşün sonunda qonağa milli atributlarımızı əks etdirən xatirə hədiyyələri təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir