Paytaxt məktəbliləri arasında “Yunior liqanın” qalibləri bəlli olub

         Gənc Tamaşaçılar Teatrında paytaxt məktəbliləri arasında  Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan Yunior liqasının final mərhələsi  keçirilib. Yarışda 23 nömrəli məktəbin “AtoMı” , 189-190 nömrəli məktəbin “Niçeqo liçnoqo”, 16 nömrəli texniki-humanitar liseyin “Fiksiki”, 6 nömrəli məktəb-liseyin “Palata №6”, 17 nömrəli məktəbin “Sbornaya 17-oy şkolı”, 167 nömrəli məktəbin “Çebupeli”,  XXI əsr ümumtəhsil mərkəzinin “21 vek”  komandaları yarışıblar.

        Komandaların çıxışları Rəşad Əzizov, İsa Məlikov, Yana Nikitina, Tünzalə Ağayeva və Emil Nəsirovun yer aldığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.   Nəticələrə əsasən, III yerə “Fiksiki”, II yerə “Palata №6”, I yerə isə 17 nömrəli məktəbin “Sbornaya 17-oy şkolı”  komandaları layiq görülmüşlər.  Mükafatçı komandalar xatirə hədiyyələri, qalib komanda kubok və medallarla təltif olunmuşlar.

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə təşkil etdiyi yarışın məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir