Taekvondo (İTF) üzrə Bakı şəhər kuboku keçiriləcək

     İyulun 20-21-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində  taekvondo (İTF) üzrə Bakı şəhər kuboku keçiriləcək.

         Yarışda altı çəki dərəcəsində müxtəlif yaş qrupları arasında 150-yə yaxın  idmançılar  yarışacaqlar. Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar.

    Yarış Bakı şəhərində taekvondonun təbliği və inkişaf etdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir