Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək

     İyulun 28-də Boks Arenasında budo döyüş növləri üzrə “26 iyul – Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranması günü”nə həsr olunmuş “BAKU OPEN” beynəlxalq turnir keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  təşkil ediləcək.

      Turnirdə Azərbaycan, Pakistan, Əfqanistan, İran,  Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək. Yarışlarda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir