Baş İdarədə Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş tədbir keçirilib

        Bu gün Bakı Şəhər Gənclər və İdman Baş idarəsində “26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günü”nə həsr olunmuş tədbir keçirilib.  Tədbiri Baş İdarənin rəisi Raqif Abbasov giriş sözü ilə açaraq bildirib ki, 26 iyul Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranma günüdür. 25 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb: “1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.

         Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi də onların gənclərin ölkə həyatında fəallığını xeyli artırmışdır. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur. Cənab Prezidentimiz dünən Gənclər və İdman sahəsində çalışan şəxslərə Dövlət Təltifləri verdi və bununla bağlı müvfiq sərəncam imzaladı. Bu sahədə çalışan, təltif olunanlara böyük etimaddır. Həm də onların simasında digər çalışanlara da verilən dəyərdir”.

       Tədbirin sonunda qurumların, idarələrin, idmançıların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təltifetmə mərasimi keçirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir