“Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.

              Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında    futbol üzrə “Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir. Ümumilikdə yarışda 171 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.

      2008-2009-cu il təvəllüdlülər arasında  final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan  Yasamal və Nəsimi rayon komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Yasamal rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Nərimanov və Xəzər komandaları arasında keçirilən oyunda 2:0 hesabı ilə Nərimanov rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə Yasamal komandası, 2-ci yerə Nəsimi komandası, 3-cü yerə isə Nərimanov komandası layiq görülmüşlər.

           Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir