Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşmişdir

              Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir.  İdmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Yarışın yekun nəticələrinə əsasən 125sm həcmli motosikletlərdə   I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm həcmli motosikletlərdə isə I yerə Vaqif Əhmədov, II yerə Sabir Babayev, III yerə isə Valeriya Turin layiq görülmüşlər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

One thought on “Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşmişdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir