Fəal gənclərin Qusara ekskursiyası təşkil edilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən ənənəvi olaraq təhsilində fərqlənən bir qrup fəal gəncin iştirakı ilə Qusara ekskursiyası təşkil edilib.
Ekskursiyanın təşkilində məqsəd gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.
Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulayıblar.