Kikboksinq üzrə Bakı şəhər kuboku keçirilmişdir
Baş İdarə tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda müxtəılif klub və cəmiyyətləri təmsil edən 156 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 10-13 yaş təvəllüdlülər arasında 26 kq çəki dərəcəsində Şahin Əfəndiyev, 28 kq çəki dərəcəsində Ramin Həsənov, 30 kq çəki dərəcəsində Nazim Verdiyev, 32 kq çəki dərəcəsində Asif Ocaqverdiyev, 35 kq çəki dərəcəsində Elşad Cəfərov, 37 kq çəki dərəcəsində Cəfər Nəcəfli, 42 kq çəki dərəcəsində Renat Qiyaslı, 47 kq çəki dərəcəsində Əli Məmmədov, +47 kq çəki dərəcəsində Rauf Qafurov, 13-15 yaş təvəllüdlülər arasında 39 kq çəki dərəcəsində Bəxtiyar Vəliyev, 42 kq çəki dərəcəsində Cavid Səfərli, 47 kq çəki dərəcəsində Pərviz Əliyev, 52 kq çəki dərəcəsində Turan Nağızadə, 57 kq çəki dərəcəsində Səftar Süleymanov, 63 kq çəki dərəcəsində Ayxan Həsənov, +69 kq çəki dərəcəsində Amiz Abbasov, 15-17 yaş təvəllüdlülər arasında 45 kq çəki dərəcəsində Vidadi İbrahimov, 48 kq çəki dərəcəsində Elcan Tanrıverdiyev, 51 kq çəki dərəcəsində Coşqun Mehdiyev, 54 kq çəki dərəcəsində Nurəli Kərimov, 57 kq çəki dərəcəsində Hüseyn Zəbiyev, 60 kq çəki dərəcəsində İlkin Tamarin, 63,5 kq çəki dərəcəsində Mirnəcəf Cəlilov, 67 kq çəki dərəcəsində Bayram Şahbazov, +67 kq çəki dərəcəsində Murad Əliyev I yerlərə layıq görülmüşlər.
I, II, III yeri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.