Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatları arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.
30 oktyabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası, Odlar Yurdu Universiteti ve s) Tələbə-Gənclər Təşkilatları arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Yarışda 20 komanda iştirak etmişdir. Nəticələrə görə Bakı Dövlət Universiteti I yerə, Əmək və Sosial Münasibətlər Akademiyası II yerə, Azərbaycan Universiteti isə III yerə çıxmışdır.
Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbirin keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.