Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş məktəblilər arasında taekvondo üzrə açıq turnir başa çatdı.
Xəzər rayonu Şağan qəsəbəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon Gənclər və İdman idarəsi, Azərbaycan Teakvodo Federasiyası və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş məktəblilər arasında taekvondo üzrə açıq turnir başa çatdı.
İki gün davam edən yarışda rəsmi açılış mərasimi baş tutub. Tədbirdə fəxri qonaq qismində Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Samir Salehov, eləcə də rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan İdman Könüllüləri təşkilatının sədri Miraqil Seyidzadə, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov və Milli Qəhrəmanın döyüş yoldaşları onun Qarabağ döyüşlərində göstərdiyi şücaətdən, düşmənə qarşı göstərdiyi qəhramanlıqdan söz açmışlar. Yarışın əhəmiyyətini qeyd edən natiqlər idmançılara uğurlar arzulayıblar. Milli qəhamanımızın anası Qalibə xanım Budaqova öz növbəsində yarışın təşkilatçılarına təşəkkürünü bildirib.
Azərbaycan Taekvondo Federasiyasının üzvü olan, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klublarından, eləcə də İran və Gürcüstandan ümumilikdə 360-dək idmançının mübarizə apardığı 2002-2004, 2005-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında keçirilən beynəlxalq yarışda yarışda ilk pilləyə Təhsil-Sumqayıt komandası sahib oldu. İkinci pilliyə R.U.G.İ.M., üçünçü yerə İran komandası, dördüncü və beşinci yerlərə müvafiq olaraq “Fərasət” T.K., Tovuz komandası layiq görüldü.
Yarışda I,II,III yerləri tutmuş idmançılar, təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok, medalla təltif olunmuşlar.