“İstedadlar sorağı” devizi altında müsabiqə keçirilmişdir
Bilgəh qəsəbədində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsi ilə birlikdə “İstedadlar sorağı” devizi altında müsabiqə keçirilmişdir. Müsabiqə müxtəlif nominasiyalar üzrə (rəsm , rəqs, əl işləri, mahnı, bədii qiraət) keçirilmişdir.
İlk olaraq Bakı şəhər Gənclər və İdman Baş idarəsinin Gənlərlə iş üzrə sektor müdiri Zamin Əhmədov müsabiqə iştirkaçılarını salamlayaraq bildirdi ki, bu gün dövlət tərəfindən gənc istedadların üzə çıxarılması və onların öz potensiallarının inkişaf etdirməsi üçün xüsusi diqqət və qayğı göstərilir. Yeniyetmə və gənclər arasında daha potensiallı və istedadlıların aşkara çıxarılması, onlar arasında yaradıcılıq axtarışlarının stimullaşdırılmasında məhz müxtəlif yaradıcılıq müsabiqələrinin keçirilməsi böyük əhəmiyyətə malikdir.
Sonda hər bir nominasiyada qalib gələn və fərqlənmiş iştirakçılara diplom təqdim olunmuşdur.