Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş “Breyn-ring” intellektual oyunu keçirilmişdir
Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Tədbirdə Baş İdarənin rəis müavini Aydın Yusifov ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulamışdır.Yarışda 16 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə “Zəkalar” komandası (Xətai rayonu), II yerə “Cümhuriyyətçilər” komandası (Sabunçu rayonu), III yerə isə “Xəmsə” komandası (Xəzər rayonu) layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.