Kunq-fu üzrə Bakı şəhər kuboku keçirilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Kung-Fu federasiyasının Hövsan Olimpiya İdman Kompleksində birgə təşkil etdiyi kunq-fu üzrə Bakı şəhər kuboku keçirilib. İki gün davam edən yarışda 18 komandanın heyətində 300 -dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb. Yarışda Sabir Zeynalov bütün həmyaşıdlarından güclü olub, Ali Akbar və Telman Əkbərli 45 və 45+ kq çəki dərcələrində fəqrləniblər. Çəkisi 42 kq-a qədər olan gənclərin yarışı Rəşad Xaliqov qələbəsi ilə yekunlaşıb. Əli Bədirxanlı 52 kq çəkidə bütün rəqiblərini üstələyib. Ağırlığı 60 kq-a qədər olan döyüşçülərin mübarizəsi Nicat Əliyevin zəfəri ilə yadda qalıb. Rəşad Rzayev və Məhəmmədəli Vəliyev müvafiq olaraq 65 və 75 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.