Baş İdarədə mükafatlandırma mərasimi keçirilmişdir

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında Baş İdarə ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında birgə əməkdaşlıq barədə imzalanmış sazişə əsasən  qızlar və oğlanlar arasında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnirin qaliblərinin mükafatlandırma  mərasimi keçirilmişdir. Baş İdarənin rəisi Raqif Abbasov, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə qalib komanda üzvlərinə növbəti yarışlarda da uğurlar arzulanmış, onlara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.

        Qeyd edək ki, Səbail rayonu Su İdman Sarayının yaxınlığında yeni salınmış ABAD məhəllədə keçirilən qızlar və oğlanlar arasında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnirdə 13 oğlan və 7 qız komandası tərkibində 80 nəfər iştirak etmişdir.

        Mükafatlanma mərasimindən sonra 28 – 31 oktyabr tarixlərində Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin futbol meydançasında  oynanılacaq futbol üzrə könüllülər kuboku uğrunda turnirin püşkatma mərasimi keçirilmişdir.

One thought on “Baş İdarədə mükafatlandırma mərasimi keçirilmişdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir