Şahmat üzrə Bakı şəhər çempionatı başa çatdı
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ağ Top şahmat klubunun Həzi Aslanov filialında şahmat üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur. Yarışda 40 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Elşad Abdullayevin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilmişdir. Yarışın yekun nəticələrinə əsasən I yeri 8 xalla Nərmin Abdinova , II yeri 7,5 xalla Aysel Cəfərova , III yeri 6 xalla Lalə Hüseynova, I yeri 6,5 xalla İsmayıl Qurbanov , II yeri 6,5 xalla Əhməd Xaqan, III yeri 6 xalla Paşam Əlizadə tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kadrlar sektorunun müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev çıxış edərək çempionatda qalib olan şahmatçıları Azərbaycan çempionatinin birinci dəstəsinə vəsiqə qazanmalari münasibəti ilə təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır.
Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.