12 noyabr – Konstitusiya gününə həsr olunmuş bilik yarışması keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Sabunçu rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya gününə həsr olunmuş Bakı Dövlət Sosial İqtisad Kollecində tələbələrin iştirakı ilə bilik yarışması keçirilmişdir. Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov tədbir iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışdır. Tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub.
Tədbirin əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.
Sonda qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.