Su polosu üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında su polosu üzrə Bakı turniri keçirilib. Konstitusiya Gününə həsr olunmuş turnirdə gənclər və böyüklər arasında 8 komanda iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda gənclər arasında Respublika Yüksək İdman Ustalığı Məktəbinin (Akvatik)-4 komandası birinci olub. Respublika Yüksək İdman Ustalığı Məktəbinin (Akvatik)-3 komandası ikinci, “Akvatik” komandası isə üçüncü pillədə qərarlaşıb, böyüklər arasında isə Respublika Yüksək İdman Ustalığı Məktəbinin (RYİUM-1) komandası birinci yer, Respublika Yüksək İdman Ustalığı Məktəbinin (RYİUM-2) komandası ikinci yer, MOİK komandası isə III yer tutmuşdur.
Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.