İdmançımız dünya çempionu oldu
İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında idmançılarımız uğurlu çıxış etmişlər. Yarışlara ümumilikdə, 40-a yaxın ölkədən 5 mindən çox idmançı qatılıb. Azərbaycanı isə yarışlarda bir məşqçi olmaqla, altı nəfər hapkidoçu təmsil edib. Yarışlar zamanı idmançılarımız beş növ üzrə dünya çempionu olub, üç növ üzrə yarışlarda isə gümüş medal qazanıb. Onlardan biri Sübhan Hümbətov 75 kq çəki dərəcəsində veteranlar arasında qızıl medal qazanmışdır. Qeyd edək ki, Sübhan Hümbətov döyüş idman növləri ilə məşğul olmaqla yanaşı həm də Bakı şəhərinin ən aktiv fiziki tərbiyə müəllimlərindən biridir. O bu il Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən 26 iyul – Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş tədbirdə fəxri fərmanla təltif olunmuşdur. Bu da öz növbəsində göstərir ki, Baş İdarə yeniyetmə və gənc idmançılarla apardığı idman siaysəti ilə yanaşı veteran idmançı və idman mütəxəssislərilə də düzgün, məqdəsyönlü iş fəaliyyəti qurmuşdur.