Cüdo üzrə Bakı şəhər açıq çempionatı keçiriləcək
Noyabrın 21-də FHN-nin İdman Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatına start veriləcək.
İki gün davam edəcək paytaxt yarışının ilk günü qadınlar arasında üç çəki dərəcəsində (48 kq, 57 kq, 70 kq), kişilərin mübarizəsində isə 60 kq, 73 kq və 90 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparacaq.