Cüdo üzrə Bakı şəhər açıq çempionatının qalibləri məlum olub
Fövqəladə Hallar Nazirliyinin Hövsandakı İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq çempionatının bütün qalibləri məlum olub. 2 gün davam edən yarışda paytaxtın 27 klubundan 235 cüdoçu medallar uğrunda mübarizə aparıb. Şəhər çempionatında fərqlənən cüdoçu ustaları gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar. Medalçılar Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb. Paytaxt çempionatının qaliblərini sizə təqdim edirik:
-60 kg Vəlizadə Qasım
-66 kg Heydərli Murad
-73 kg Şəfiyev Elcan
-81 kg Məmmədov Kərim
-90 kg Ağakişiyev İbrahim
-100 kg Bəşirov Natiq
+100 kg Məmmədov Hüseyin
Qadınlar
-48 kg Həmidova Şəfəq
-52 kg Qədirova Səbinə
-57 kg Hacıyeva Gülcahan
-63 kg Bağırzadə Günel
-70 kg Baxışova Aidə
-78 kg Əmirli Nərmin
+78 kg Kərimova Rəvanə