Kişilər arasında sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında
sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 102 idmançı 9 çəki dərəcəsi üzrə qüvvələrini sınamışlar.
Yekun nəticələrə əsasən yarışda 52 kq çəki dərəcəsində I yerə Səməd Əliyev (Yasamal-Sambo İK), 57 kq çəki dərəcəsində I yerə Kənan Rüstəmli (Neftçi İKİB), 62 kq çəki dərəcəsində I yerə Elvin Bağırov ( Yasamal-Sambo İK), 68 kq çəki dərəcəsində I yerə Mirfəttah Seyidəliyev (Yasamal-Sambo İK), 74 kq çəki dərəcəsində I yerə Asim Qulamzadə (Olimpik İK), 82 kq çəki dərəcəsində I yerə Şöhrət Lətifzadə (Alov İK), 90 kq çəki dərəcəsində I yerə Sənan Hüseynov (Neftçi İKİB), 100 kq çəki çəki dərəcəsində I yerə Elçin Sadıqov (Neftçi İKİB), +100 kq çəki dərəcəsində I yerə Burxan Azakov (Pəhləvan İK) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim olunmuşdur.