Könüllülər kuboku uğrunda turnirin qaliblərinin mükafatlandırma  mərasimi keçirilmişdir

             Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında Baş İdarə ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında birgə əməkdaşlıq barədə imzalanmış sazişə əsasən  qızlar və oğlanlar arasında atletika üzrə könüllülər kuboku uğrunda turnirin qaliblərinin mükafatlandırma  mərasimi keçirilmişdir. Baş İdarənin kütləvi-bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, baş məsləhətçi Cəlil Əlizadə, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə qalib komanda üzvlərinə növbəti yarışlarda da uğurlar arzulanmış, onlara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.

        Qeyd edək ki, Az.DBTİA-nın stadionunda keçirilən qızlar və oğlanlar arasında atletika üzrə könüllülər kuboku uğrunda turnirdə I yerə İdman Könüllüləri komandası, II yerə 2 saylı ASAN komandası, III yerə Formula-1 komandası layiq görülmüşdür.

        Mükafatlanma mərasimindən sonra stolüstü tennis üzrə könüllülər kuboku uğrunda turnirin püşkatma mərasimi keçirilmişdir.