Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat üzrə turnir keçirilmişdir
İdea Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilmişdir. Turnirdə 51 nəfər şahmatçı (onlardan 20 nəfəri qızlar) İsveçrə sistemi üzrə 9 turda mübarizə aparmışdır.
Oğlanlar arasında yarışda I yeri Orxan Nenətzadə, II yeri Tofiq Mənsimov, III yeri Polad İsmayılov, qızlar arasında I yeri Aylin Nurəmədli, II yeri Aydan Muxtarzadə, III yeri Fəridə Rəhimova tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, İdea Tədris Mərkəzinin direktoru Fidan Talıbova və 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Cəmil Fətullayev qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.