Yeniyetmə cüdoçuların Bakı birinciliyi başa çatıb
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyi başa çatıb. Yarışda oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini müəyyənləşdiriblər. Son yarış günündə qalib gələn cüdoçuları sizə təqdim edirik:
-55 kg Hüseynov Qədir
-60 kg Əlihümbətov Etibar
-73 kg İsmayılov Nahid
+90 kg Əliağayev Yalcın
Qızlar
-44 kg İskəndərova Fəridə
-57 kg Əlizadə Fidan
+70 kg Əmirli Nərmin
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı şəhər Gənclər və İdman Baş Idarəsinin medal və diplomları təqdim olunub.
Xatırladaq ki, Bakı şəhər açıq birinciliyində 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparıb. Yarışda fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak edəcəklər.