Baş İdarə uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Rəşid Behbudov adına Mahni Teatrında aztəminatlı ailələrin uşaqlarına, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi Yeni il şənliyi təşkil edib.

          Tədbir zamanı uşaqlar üçün  rəqslər, rəngarəng çıxışlar ,digər sürprizlər təşkil olunub. Geniş konsert proqramı ilə davam etdirilən şənliyin sonunda uşaqlara “Peppa və onun dostları” tamaşası göstərildi və uşaqlara bayram hədiyyəsi paylanıldı.

               Dörd gün davam edən bayram şənliyində 500-dən çox uşaq və məktəbli iştirak edib.