20 yanvar faciəsinin 30-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qanlı 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcəkdir. Tədbirlər çərçivəsində  Şəhidlər xiyabanı ziyarət ediləcək,  20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş konfrans, inşa yazı, rəsm müsabiqəsi və idman yarışları təşkil olunacaqdır.