20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

              Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin  şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. 
              Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə cıxış edən qonaqlar 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd etmişlər. Onlar şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirərək 20 Yanvar faciəsinə Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Ulu Öndərin əvəzolunmaz işlər həyata keçirdiyini vurğulamışlar.
 
             Çıxışlardan sonra müsabiqədə I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıb.  I yerə Sevinc Abdullayeva (Binəqədi rayonu 115 saylı orta məktəb), II yerə Sədaqət Məmmədova (Xətai rayonu HF liseyi), III yerə isə Zeybə  Zeynallı (Nərimanov rayonu 207 saylı orta məktəb) layiq görülmüşlər.