Sambo  üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü idmançıalr arasında sambo  üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 10 çəki dərəcəsi üzrə 127 nəfər idmançı mübarizə aparmışdır.

         Yekun nəticələrə əsasən  yarışda 48 kq çəki dərəcəsində I yerə Məhəmmədmehdi  Əbilov (Pəhləvan İK), 52 kq çəki dərəcəsində I yerə Rasim Hüseynov (10 saylı UGİM), 56 kq çəki dərəcəsində I yerə Rövşən Hüseynov (Yasamal – Sambo İK), 60 kq çəki dərəcəsində I yerə Rəvan Rüstəmli (Neftçi İKİB), 65 kq çəki dərəcəsində I yerə Kərəm Babazadə (Pəhləvan İK), 70 kq çəki dərəcəsində I yerə Murad Bəçirov  (Qəbələ İK), 75 kq çəki dərəcəsində I yerə İlkin Əhmədzadə(10 saylı UGİM), 81 kq çəki dərəcəsində I yerə Adil  Adilzadə (Neftçi İKİB), 87 kq çəki dərəcəsində I yerə Cahangir Məmmədov (Yasamal-Sambo İK), +87 çəki dərəcəsində I yerə Orxan Məcidli (6 saylı İOEUGİM) layiq görülmüşlər.
          I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.