Karate-do idman növü üzrə açıq Bakı turnirı keçirilib.

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “20 yanvar  – Ümumxalq hüzn günü”nə həsr olunmuş karate-do idman növü üzrə açıq Bakı turnirı keçirilib. Turnir Hövsan Olimpiya İdman Kompleksində  təşkil olunub.

       Turnir fərdi kumite və kontakt qaydaları üzrə  -30, -34, -38, -44, -50, -52, -55, -56, -57, -60, -61, -63, -67, -68, -75, -76, -84 kiloqram çəki dərəcələrində 10-18 yaşlı idmançılar arasında  keçirilib.

         Nəticələrə əsasən yarışda  Mətin Quliyev, Yusif Cümşüdov, Amin Rəşidli, Ziya Kazımzadə, Məhəmməd Allahverdiyev, Tural İsmayılov, Zəhra Salmanlı, Cavid Əhədli, Ömər Paşazadə, İkram Bünyatov, Sərdar İbrahimli, Ramal Bəşirli, İslam Əliyev, Coşqun Quliyev, Taleh Məmmədov, Əli Cavadov, Sənan Usubov, Nizami Əhmədov, Asim Xəlilov, Vəli Nuriyev, Cavid Qurbanov, Nurlan Şirinzadə, Azad Şərifov, Fuad Məmmədov, Famil Əliyev I yer  tutublar.

         Qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman  Baş İdarəsinin təsis etdiyi diplom və medallarla  təltif olunublar.