Penitensiar xidmətin 2 və 9 saylı Cəzaçəkmə Müəssisələrində dama üzrə turnir keçirilmişdir

          Penitensiar xidmətin 2 və 9 saylı Cəzaçəkmə Müəssisələrində  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq dama turniri keçirilmişdir.

            Tədbirlərin bağlanış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov öz çıxışında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulamış, onlara müvəffəqiyyətlər arzulamışdır.
         Qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.