Baş İdarə “Azərkosmos”a ekskursiya təşkil edib

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 nomrəli məktəb-liseyin bir qrup şagirdi, müəllimi və  valideynlərinin iştirakı ilə “Azərkosmos”a ekskursiya təşkil edilmişdir.

       Uşaqlara əvvəlcə “Azərkosmos”un Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi Fidan Behbudova ASC-nin fəaliyyəti, tarixi və ümumi təchizatı haqqında məktəblilərə məlumat verib.

          İlk olaraq məktəblilər peyk idarəetmə mərkəzi ilə tanış olublar, onlara burada görülən işlər, eləcə də, “Azərkosmos”un hansı funksiyaları yerinə yetirməsi və Azərbaycanda olan peyklər barədə məlumat verib.

           Həmçinin məktəblilərə peyk əməliyyat otağı haqqında məlumat verilib: “Bu otaqda biz hər gün Azərbaycanın peyklərini idarə edirik və bu peyklərin hər birinin öz finksiyaları var. “Azərspace 1” və “Azərspace 2” peykləri telekomunikasiya peykləridir ki, bizim onlar vasitəsi ilə radio, televiziya, data, internet xidmətlərinə çıxışımız var. “Azərsky” peyki isə bizə sadəcə şəkillər göndərir. Biz də mütamadi olaraq “Azərsky”dan şəkillər paylaşırıq”.

     Peyk operatorlarının və peyk mühəndislərinin çalışdığı otaqlar da şagirdlərə nümayiş olunub və bildirilib ki, Azərbaycanda kosmosla bağlı sahələr azlıq təşkil etdiyi üçün müxtəlif ixtisasların sahibləri bir sıra təlimlər vasitəsi ilə öz bilik və bacarıqlarını artıraraq bu sahəyə yiyələnə bilərlər. Qeyd olunub ki, bu sahədə xeylı sayda peyk operatorları və peyk mühəndisləri olan xanımlar da var.

     Binanın tikinti ideası haqqında şagirdlərə geniş məlumat verilərək bildirilib ki, bina futuristik uslubda tikilib, binanın çöl görüntüsü qayaya çırpılmış meteoridi xatırladır.

            Xatırladaq ki, “Azərspace 1″ və “Azərspace 2” peykinin 1 milyondan çox izləyicisi var. Hal-hazırda 200-ə yaxın kanal məhz bizim peyk tərəfindən yayımlanaraq dünyaya çıxış əldə edir.

          Daha sonra məktəblilər N.Tusi otağı, Fəza və digər otaqlarla tanış olublar.   Peyk mühəndisi Rüstəm Zeynalov da peyklər haqqında məktəbliləri geniş məlumatlandırıb və onların suallarını cavablandırıb.

      Sonda 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova məktəb kollektivi və şagirdlərin adından Azərkosmosun rəhbərliyinə öz təşəkkürünü bildirib.

.