Suraxanıda Gənclər günü təntənəli qeyd edildi

       2 fevral – Gənclər günü” münasibətilə Suraxanıda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, RİHB yanında Şuranın üzvləri, müəssisə rəhbərləri, gənclər,  ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edib.
          Ulu Öndərin Suraxanı Rayonu Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edildikdən sonra gənclərlə görüş “Bülbülə” şadlıq evində davam etdirilib. Görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar  Seyidov, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, rayon Gənclər evinin direktoru Natavan Rüstəmova, rayon gənclərindən Fərəh Məcidzadə, Elnur Əliyev, Arzu Məmmədli çıxış edib. 
         Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri, YAP Suraxanı rayon Təşkilatının fəxri-fərmanı təqdim olunub.