Bakı şəhər birinciliyinin bütün qalibləri məlum olub

       Fövqaladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 13 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi başa çatıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının  birgə təşkilatçılığı ilə keçirilən yarışda 718 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlan və qızlar arasında 4 çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Qalibləri sizə təqdim edirik:

-27 kq Məmmədli Fərid
-34 kq Həsənoğlu Ömər
-42 kq Ələkbərov Ayxan
-50 kq Zeynalov Şahin
Qızlar
-25 kq Abdullayeva Fatimə
-32 kq Eyvazlı Könül
-40 kq Əliyeva Ayan
-48 kq Bayramlı Mələk

 Baş İdarə tərəfindən mükafatçılara diplom və medallar təqdim olunub.