Cüdo üzrə paytaxt birinciliyinə yekun vurulub

        Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi başa çatıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının  birgə təşkilatçılığı ilə keçirilən yarışda 638 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçikyaşlı yeniyetmə cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlanlar arasında 5, qızlar arasında isə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Qalibləri sizə təqdim edirik:

-38 kq Musayev Məhəmməd
-50 kq Şamil Tunca
-55 kq Namazov Davud
-66 kq Əliyev Ramal
+73 kq Əhmədov Ramazan
Qızlar
-44 kq Hacıyeva Vüsalə
-48 kq İsmayılova Fatimə
-57 kq Gülməmmədova Gülnarə
+63 kq Sadıqova Jalə.

Baş İdarə tərəfindən mükafatçılara diplom və medallar təqdim olunub.