Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi

         Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal paytaxt gəncləri, respublikamızdakı idman fedarasiyalarının nüməyəndələrı, şagirdlər və tələbələr  Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

               Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb və iştirakçılar tərəfindən Azərbaycan Dövlət Himni oxunub. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov öz nitqində bildirib ki, “Milli Qəhrəmanımızın şücaətindən 10 il keçməsinə baxmayaraq Azərbaycan gəncləri üçün Mübariz İbrahimov həmişə qəhrəmanlıq simvoludur. Cənab Prezidentimizin şəhid ailələrinə, Qarabağ qazilərinə olan qayğıkeş münasibəti və hərbi vətənpərvərlik haqqıdna dediyi fikirlər bu gün hər bir gənc tərəfindən rəğbətlə qarşılanır. Bütün gənclərimizin vacib məsələsi Ali Baş Komandanımızın əmrinə hazır vəziyyətdə olaraq Qarabağımızı işğaldan azad etməkdir.

             Ona görə də belə ideyaların davamı olaraq Mübariz İbrahimovun həyat yolu hər bir gənc tərəfindən məqamına qədər öyrənilib. Vətənpərvər ruhda maarifləndirilən yeni nəslimizin sayəsində qəhrəmanlarımız ölməz olaraq xatirələrdə yaşayacaq”.