Şahmat üzrə turnir keçirilmişdir

         Qrand Master Şahmat Klubunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş həsr olunmuş oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilmişdir. Turnirdə 60 nəfər şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparmışdır.

        Oğlanlar arasında yarışda I yeri Paşa Əlizadə, II yeri Amin Qurbanov, III yeri İsmayıl Qurbanov, qızlar arasında I yeri Kamilla Balayeva, II yeri Səlvinaz İsmayılova, III yeri Nərgiz  Rəşidova tutmuşlar.

          Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz  Vəliyev, Qrand Master  Şahmat Klubunun direktoru Müşfiq Əsgərov  qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.   Yarışda I, II və III yerləri tutmuş şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri  ilə təltif olunmuşlar.