Kapoeyra üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kapoeyra üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 115 nəfər idmançı iştirak etmişdir. Yekun nəticələrə görə A qrupunda  oğlanlar arasında I yaş qrupu (7-9 yaş) I yerə Mircavad Əliyev, II yerə Fəxri Məhəmmədəlizadə, III yerə Məhəmməd  Kəngərli, Fikrət Dadaşov,  II yaş qrupu (10-12)  I yerə Dilqəm İsmayılov, II yerə Cavidan Pənahlı, III yerə Rauf Süleymanov, Şikar Şikar,  III yaş qrupu (13-15) I yerə Azər Orucov, II yerə Mirhəsən  Əliyev, III yerə Səid Tahirov, Səftər Süleymanlı, B qrupunda  I yaş qrupu (4-6) I yerə Emil Musazadə, II yerə Atilla Xəlilov, III yerə Jasmin Sağlam, Əli Babaşov, II yaş qrupu (7-9) I yerə Emil Qazıxanov, II yerə İlham Məmmədov, III yerə Rüstəm Günəşov, İsa İsayev, III yaş qrupu (10-12) I yerə Cəfər Usubov, II yerə Cəmil Məmmədzadə, III yerə Əkbər Məhərrəmov, Əli Tağızadə, IV yaş qrupu (13-15) I yerə Ağapaşa Səmədzadə, II yerə Ömər Qarayev, III yerə İlkin Əhmədov, Çingiz Lətifli, V yaş qrupuu (16-17 yaş) I yerə Nicat Həsənov, II yerə Fahid Məmmədzadə, III yerə Əzim Şəfiyev, Ramiz Quliyev, VI yaş qrupu (18+) I yerə Rövşən Əmirli, II yerə İbrahim Muxtarlı, III yerə Mirhüseyn Əliyev, Rüstəm Əliyev, qızlar arasında isə I yaş qrupu (7-9 yaş) I yerə Ayşə Kazaçenko, II yerə Turan Kəngərli, III yerə Aydan Xurudi, Mədinə Abdullayeva, II yaş qrupu (10-12)  I yerə Mehriban Hacıbabayeva, II yerə Nuray Abdullazadə, III yerə Şəms Rəhimzadə, Leyla Rəhimli,  III yaş qrupu (13-15) I yerə Xədicə Zeynallı , II yerə Nərminə Salahova, III yerə Nuray İskəndərzadə, Aytən Quliyeva layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.